‘Nurgün Motors’un ‘əl yandıran’ qiymətləri və şikayətçi sürücülər - VİDEO

‘Nurgün Motors’un ‘əl yandıran’ qiymətləri və şikayətçi sürücülər -  VİDEO
Bütün Xəbərlər
00:12 21.06.2014
4437
Azərbaycanda avtomobil satışı bazarında dövlət tərəfindən kreditləşmə şərtləri sərtləşdikdən sonra durğunluq müşahidə olunur.

AZXEBER.COM ANS TV-yə istinadən xəbər verir ki, Azərbaycanda “Nurgun Motors“un satdığı bir sıra avtomobillərin keyfiyyəti və qurumun təklif etdiyi xidmətlərin keyfiyyətilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə “Nissan”ın servis mərkəzlərindəndir. “Nurgün Motors”dan alınan avtomobillərə verilən 3 illik və ya 100 min kilometrlik yürüş zəmanətinin qüvvədə qalması üçün maşın yalnız “Nissan”ın servis mərkəzində təmir edilməlidir. Burada qiymətlər isə həddindən artıq bahadır.

Sürücü Nicat Paşayevin sözlərinə görə, ehtiyat hissələri bahadır, əlverişli deyil, “KİA” ilə bunun ehtiyat hissələrində 2 qat fərq edir: “Servisi də çox bahadır. Ustanın yanına gedəndə 40 AZN-ə başa gəlir. Servisdə isə 90 AZN olur, 2 qatına çıxır”.

Sürücülərin sözlərinə görə, qəza baş verdiyi halda “Nurgün Qrupa” daxil olan sığorta şirkəti tərəfindən sığortalanmış avtomobilin məhz “Nissan” servisdə təmir edilməsi tələb olunur. Bu isə avtomatik olaraq təmirin qiymətinin artması və onun müddətinin uzanması deməkdir. Sığorta şirkətinin get-gələ düşən vətəndaşların avtomobillərinin həftələrlə servisdə qaldıqları da olub.

Bundan başqa “Nurgun Motors“un maşınları digər şirkətlərin avtomobillərinə nisbətən daha ağır kredit şərtlərilə satılır. Ekspertlər də düşünürlər ki, “Nurgun Motors“un irəli sürdüyü şərtlər əsasında avtomobil satış qiymətindən azı 3 min AZN, bazar dəyərindən isə 2 dəfə baha başa gəlir. Bu isə daha çox subyektiv amillərlə bağlıdır.

Nəzərə almaq lazımdır ki, alıcı vaxtında krediti ödəyə bilməyəndə avtomobil “Nurgün Qrup"a daxil olan banka qayıdır. Yəni riski bir o qədər böyük olmayan bankın kreditləri niyə belə böyük faiz dərəcəsilə verdiyi qaranlıq qalır.

Diqqəti cəlb edən məqam budur ki, şirkətin satdığı avtomobillərin elan edildiyi kimi Yaponiyada deyil, Hindistanda, Polşada, Çində, Braziliyada, Türkiyədə istehsal olunduğuna dair iddialar da var. Bu iddiaya münasibət bildirən “Nurgün Motors”un marketinq şöbəsinin meneceri Rauf Cahangirovun sözlərinə görə, yapon avtomobillərinin Yaponiyada deyil, digər ölkələrdə istehsal edilməsində təəccüblü heç nə yoxdur. Bir şirkətin zavodlarının Hindistan və ya Çində yerləşməsi dünyada geniş yayılmış təcrübədir.

Rauf Cahangirov “Nissan” servis mərkəzlərində xidmət haqqının və ehtiyat hissələrinin baha olması ilə bağlı iddialarla da razılaşmır. Onun sözlərinə görə, qiymətlər ehtiyat hissələrinin və göstərilən xidmətin keyfiyyətinə uyğundur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:52 20.08.2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
13:50 20.08.2025
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
13:27 20.08.2025
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
13:17 20.08.2025
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:09 20.08.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Birbank Biznes-də dostluq qazandırır
12:53 20.08.2025
Birbank Biznes-də dostluq qazandırır
"Nəriman Axundzadə yaxşı futbolçudur" - Aqil Abbas
12:44 20.08.2025
"Nəriman Axundzadə yaxşı futbolçudur" - Aqil Abbas
Lukaşenko: İran və Belarus arasında heç bir həllolunmaz problem yoxdur
12:36 20.08.2025
Lukaşenko: İran və Belarus arasında heç bir həllolunmaz problem yoxdur