Nurlan Novruzovun atasına 17 il iş verildi

Nurlan Novruzovun atasına 17 il iş verildi
İDMAN
20:07 29.10.2019
10904

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Əvvəllər məhkumluq həyatı yaşamış, Laçın rayonundan olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu istintaqa ifadəsində arvadını namus üstündə öldürdüyünü bildirib.

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.

Məhkəmədə isə Zahid Novruzov ittihamla özünü təqsirli bilməyib və arvadını öldürmək niyyəti olmadığını bildirib.

Onun sözlərinə görə, silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".

Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".

Mərhumun oğlu Nurlan Novruzov 2014/15 mövsümündə "Bakı”nın heyətində vurduğu 15 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. O, Azərbaycanda "Səbail", "Bakı" klublarında, həmçinin Türkiyə klublarında da oynayıb. N.Novruzov hazırda Moldovanın "Dinamo-Avto" klubunda çıxış edir.

Qeyd edək ki, Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb