Növbəti sel təhlükəsi gözlənilir – Xəbərdarlıq

Növbəti sel təhlükəsi gözlənilir – Xəbərdarlıq
SOSİAL
11:12 02.09.2016
3348
Azərbaycanın şimal bölgəsində baş verən sel hadisələrindən sonra buradakı bəzi çaylardan, eləcə də Şəki-Zaqatala, Lənkəran-Astara zonasındakı çaylardan sellərin keçəcəyi gözlənilir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, çaylarda sellərin olacağı barədə proqnozlar verilmişdi və bunlar özünü doğruldub.
E.Əlizadə qeyd edib ki, yayın, xüsusilə iyulun II yarısı və avqust ayında havaların uzun müddət quraq, az yağıntılı keçməsi nəticəsində dağlıq ərazilərdə sel ocaqlarında külli miqdarda sel materialları yığılmışdı: "Mövsümün dəyişməsi ilə ölkə ərazisində sel keçmək ehtimalının olacağı əvvəlcədən proqnozlaşdırılmışdı. Elə bu günlərdə baş verən intensiv yağışlar da bu proznozları bir daha sübut etdi. Bu günlərdə həm Dəmiraparançayın Qusar rayonunun Ləzə kəndi yaxınlığından keçən hissəsində güclü sel, həm də Böyük Qafqazın cənub yamacının digər çaylarında baş verən bu hadisələr göstərdi ki, proznozlar öz qüvvəsində qalır. Bəzi çaylardan sel keçir, bəzilərindən isə sel keçmə ehtimalı çox böyükdür”.
E.Əlizadə əlavə edib ki, hazırda sel keçmə ehtimalı çox böyük olan çaylara xüsusilə Böyük Qafqzın cənub yamacı çayları- Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay və Girdimançaya aiddir. Eyni ilə Kiçik Qafqazdakı Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Qoşqarçay, Kürkəkçaydan da selin keçəcəyi gözlənilir: “Nəzərə alsaq ki, Lənkəran-Astara zonasında da bu günlərdə intensiv yağışlar yağıb. Orada da selə keçən gursululuğu gözləmək olar”.
E.Əlizadə qeyd edib ki, yaxın günlərdə Şəki-Zaqatala, Lənkəran-Astara zonasındakı çaylarla yanaşı, Quba-Xaçmazın bəzi çaylarından, yəni Böyük Qafqazın şimal-şərq yamacındakı Qusarçayda, Qudyalçayda və Vəlvələçayda da sel gözlənilir: “Hava şəraiti belə yağıntılı davam edərsə, yaxın 5-10 gün ərzində bu hadisələri gözləmək olar. Çünki artıq dağlarda sel ocaqları hazırdır”.
E.Əlizadənin sözlərinə görə, sellərin keçəcəyi çayların yaxınlığında onlarla yaşayış məntəqələri var: "Bu da həmin yaşayış məntəqələri üçün problemlər yaradır. Dəyən zərər selin gətirdiyi materialın həcmindən asılı olur. Kişçaydakı ötən selin nəticəsi hamıya məlum oldu. Bu çaydan iki dəfə sel keçdi. Böyük Qafqazın Cənub yamacında olan çaylarda - Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay və Girdimançayın sel keçən ərazilərində selin təsiri zonasında olan onlarla yaşayış məntəqəmiz var”.
Qeyd edək ki, ötən gün Azərbaycanın şimal bölgəsindəki bəzi çaylarından sel keçib. Nəticədə bəzi əraziləri su basıb. Quba-Xınalıq yolunun 29-cu km-də körpü qəzalı vəziyyətə düşüb.
Trend.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"