Nyu-Yorkda partlayış - 9 yaralı

Nyu-Yorkda partlayış - 9 yaralı
DÜNYA
12:12 18.09.2016
1585
ABŞ polisi Nyu-Yorkda partlayıcı qurğu olduğu ehtimal edilən üçüncü qurğu aşkarlayıb.
APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, hazırda araşdırma aparılır.
Qeyd edək ki, Nyu-Yorkda dünən axşam partlayış baş verib. Partlayış əhalinin sıx olduğu Çelsi rayonunda, çoxlu sayda mağaza, restoran, bar, gey-klubların olduğu küçədə törədilib. Partlayış nəticəsində 29 nəfər yaralanıb, onlardan birinin durumu ağırdır. Təhqiqatçıların partlayışın öncədən planlaşdırılmış akt olduğunu bildiriblər. Araşdırma zamanı hadisə yerində ikinci şübhəli qurğu aşkarlanmışdı
OXŞAR XƏBƏRLƏR