Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində bu gün ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Qordonla görüş keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
Amerikalı diplomat NATO-nun Əfqanıstandakı fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edərək, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə tərəflər həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və BMT TŞ-nin gündəliyində duran aktual məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.