Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
DÜNYA
06:00 06.10.2026
127
ABŞ-nin Nyu-York ştatında qızılcaya yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bununla bağlı Nyu-York qubernatoru Keti Hokul müvafiq sərəncam imzalayıb.

Qubernatorun administrasiyasının məlumatına görə, qərar ştatın kənd rayonlarında, eləcə də qonşu ştatlarda qızılcaya yoluxma hallarının artması fonunda qəbul edilib.

Fövqəladə vəziyyət rejimi çərçivəsində qızılcaya qarşı peyvəndləmə və müvafiq tibbi analizlərin aparılması üçün əlavə tibb işçilərinin cəlb edilməsi nəzərdə tutulur.

Məlumata əsasən, 2026-cı ilin əvvəlindən Nyu-York ştatında 108 qızılcaya yoluxma faktı qeydə alınıb. Onlardan 7-si Nyu-York şəhərinin payına düşür. İyulun ortalarından indiyədək ştatın kənd rayonlarında mindən çox doza peyvənd istifadə olunub.

ABŞ-də isə qızılcaya yoluxma hallarının sayı son 35 ilin ən yüksək səviyyəsinə çatıb. Cons Hopkins Universitetinin son məlumatına görə, ilin əvvəlindən ölkədə 4 020 yoluxma qeydə alınıb.

Həkimlər xəstəliyin yayılmasının əsas səbəblərindən biri kimi əhali arasında peyvəndlənmə səviyyəsinin aşağı düşməsini göstərirlər.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR