“Nyukasl” Bruno Gimaraeslə müqavilənin müddətini artırır

İDMAN
19:40 02.06.2023
218
"Nyukasl” bir futbolçusu ilə müqavilənin müddətini artırır.

İngiltərə təmsilçisi yarımmüdafiəçi Bruno Gimaraeslə yeni razılaşma üçün danışıqlara başlayıb.

"Sağsağanlar” 25 yaşlı futbolçunun maaşını həftədə 200 min funt sterlinqə çatdırmaqla heyətdə saxlamağa çalışırlar. Hazırda bir çox komandanın hədəfində olan braziliyalını heyətinə qatmaq istəyənlər arasında "Liverpul” fəallığı ilə seçilir.

Qeyd edək ki, Bruno son mövsümdə 40 matçda 5 qol və 5 məhsuldar ötürməyə imza atıb.
 
///Apasport
OXŞAR XƏBƏRLƏR