“O büdcə ilə belə seriallar ərsəyə gəlirsə, alqışlamaq lazımdır”

“O büdcə ilə belə seriallar ərsəyə gəlirsə, alqışlamaq lazımdır”
MAQAZİN
11:48 11.03.2026
209
Əməkdar artist Vəfa Zeynalova seriallarımızla bağlı yazılan tənqidlərdən danışıb. 
 
AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə”də açıqlama verib. O bildirib ki, bizim layihələrimiz Türkiyədəkilərlə müqayisə etmək düzgün deyil:

"Adətən bizim serialları türk serialları ilə müqayisə edirlər. Başa sala bilmirəm ki, orada mühit yaxşıdır, nüfuz çoxdur. Təbii ki, hansısa prodakşn film çəkib satanda büdcə o qədər çox olur ki, hər şeyə çatırlar.
 
Məsələn, varlı ailəni tam olaraq varlı, kasıbı isə tam kasıb göstərirlər. Bizdə qarmaqarışıq olur. Onda da başlayır göz qaçmağa, sünilik yaranmağa... Deyirlər, kasıb ailə tam kasıb kimi geyinmir, çünki büdcə yoxdur, rəssam yoxdur. Orada kamera söhbəti var. Biri var aktyor bir kameraya 8 dəfə oynayır, biri də var bir dəfə oynayır 8 kamera çəkir. Orada geyim rol oynayır, fərq çoxdur. Bizdə prodakşnlar, prodüserlər mağazalarla razılıq əldə edir ki, paltar verin.
 
Amma orada brendlər özləri təklif edirlər. Çox nüans var. Sadalamaqla bitmir. Ümid edirəm ki, nə vaxtsa bizdə də elə olacaq. Bizim aktyorlar, operatorlar, rejissorlar, ssenaristlər çox güclüdür. Hərdən qınayırlar. Deyirəm, siz yalnız bir bucaqdan baxırsız. Amma siz bilmirsiz ki, o uşaqlar nə qədər əziyyət çəkir. O büdcə ilə uşaqlar belə seriallar ərsəyə gətirirlərsə, alqışlamaq lazımdır”.
 

OXŞAR XƏBƏRLƏR