Tarzən kimi sevilən və son aylar dostların təkidi ilə özünə repertuar qurub, müxtəlif üslublarda mahnılar oxuyan Humaq Qədimovanın hər iki sahədə yenilikləri boldur.AZXEBER.COM-un məlumatına görə, müğənni ikinci peşəni sanballı şəkildə yürütməyi qarşısına məqsəd qoyub. Onun repertuar seçimi zamanı ilk bəhrələndiyi mahnılar xalq artisti Elmira Rəhimovanın mahnıları oldu. Səsi ilə milyonlara musiqi zövqü yaşadan Elmira xanım mahnının hallalığını verib və Humaya uğurlar arzu edib. “İntizardayam”a sənətkardan sonra nadir halda müraciət olunduğunu nəzərə alan Humay onu öz ifasında yenilədi.
H.Qədimova əvəzolunmaz sənətkarla müştərək layihə də düşünürdü. Lakin Elmira xanım səhhətinin bunu həyata keçirməyə imkan vermədiyini təəssüflə bildirib. Humay Elmira xanımın mahnısını oxuyandan sonra onu böyük sənətkarlarımıza da dinlədib. Peşəkar musiqiçilər onun seçimini və ifasını alqışlayıb. Humay Elmira xanım və ümumiyyətlə, korifey sənətkarlardan hər zaman bəhrələnəcəyinə söz verib. Həmin mahnıları gənc nəslə aşılayacaq.Ozal İbrahimli