"O şəkli çəkən millətini sevməyən adamdır" - İstanbuldakı “BMW X6”nın sahibi - FOTO

"O şəkli çəkən millətini sevməyən adamdır" - İstanbuldakı “BMW X6”nın sahibi - FOTO
Bütün Xəbərlər
12:51 24.11.2014
4778
“Bu, azərbaycanlıların xaricdə fəaliyyətinə kölgə salmaq üçün atılan addımdır”.
Türkiyənin paytaxtı İstanbulda səkidə park edilmiş “BMW X6” markalı avtomobilin şəklini çəkərək internetdə bunu azərbaycanlıların xaricdə də qaydaları pozması kimi təqdim edən şəxs millətini sevməyən adamdır.
Bunu Oxu.Az-a Türkiyədə fəaliyyət göstərən 90 HN 888 dövlət nömrə nişanlı “BMW X6” markalı avtomobilin sahibi Toğrul Nəbiyev bildirib.
Toğrul Nəbiyevin sözlərinə görə, fotoşəklin müəllifi öz xalqına qarşı qərəzli mövqedən çıxış edib:
“Həmin şəxs avtomobilimin fotoşəklini elə çəkib ki, guya azərbaycanlıların xaricdə də qayda pozduğunu göstərsin. Amma bu əsla belə deyil. Həmin ərazi otelin qarşısıdır. Oteldə məskunlaşan şəxslərin avtomobillərini binanın qarşısında bu qaydada saxlamağına icazə var. Və xüsusilə qeyd etmək istəyirəm ki, orada avtomobillərin park edilməsi ilə otel əməkdaşlarının özü məşğul olur – yəni, mən otelə gələrək avtomobilimdən düşdüm, açarları həmin binanın əməkdaşına təqdim etdim və o, maşını icazə verilən yerdə bu qaydada saxlayıb. Bu məlumat azərbaycanlıların xaricdə fəaliyyətinə kölgə salmaq üçün atılan addımdır”.
T.Nəbiyevin məsələ ilə bağlı elektron poçtumuza göndərdiyi fotoşəkillər də onun sözlərini təsdiq edir. Belə ki, təqdim olunan digər şəkillərdən təkcə həmvətənimiz deyil, digər şəxslərin avtomobillərinin də bir qədər səki üzərinə çıxmaqla saxlandığını görmək olar. Görüntülərdən aydın olur ki, ərazi otelə məxsusdur və orada avtomobilləri bu şəkildə park etməyə icazə var.
OXŞAR XƏBƏRLƏR