'O, vaxtını valideynlərinin yatağının yanında keçirirdi'

İDMAN
13:08 16.05.2013
1426
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi- Başa çatmaq üzrə olan mövsümü necə xarakterizə edərdiz?- 2 illik müqavilə imzalayan zaman qarşıma strateji plan qoyuldu. İlk mövsümdə heyəti formalaşdırmaq, maksimum vəzifə kimi ilk “altılığ”a vəsiqə qazanmaq idi. Növbəti mövsümdə isə gücümüzə güc qatmaqla avrokuboklara vəsiqə qazanmalıyıq. Bu mövsüm ilk “altılığ”a vəsiqəni son anda əldən verdik. 1 xalımız çatmadı. Buna baxmayaraq, komanda qarşısına qoyulan məqsədə doğru irəliləyir. İkinci “altılıq”da yer alsaq da, hər bir oyuna maksimum motivasiya ilə çıxırıq. Çoxları ikinci “altılıq” oyunlarına həvəssiz çıxacağımızı düşünsələr də, məqsədimiz oyun modelimizi formalaşdırmaq, rəqabətə davamlı komanda qurmaqdır. Rəqabətə davamlı komandamız var. Ən güclülərə heyətə yer veririk. Aktivimizdə 54 xalımız var. Rəqib qapılarından 53 top keçirmişik, 32-ni buraxmışıq. 32 top buraxmağımız yaxşı hal deyil. Problemlər var, həll etməyə, gələcəkdə daha güclü kollektiv formalaşdırmağa çalışacağıq.- İkinci “altılıq” oyunlarında yalnız “Xəzər Lənkəran”la heç-heçə etmisiniz, qalan oyunlarda isə qələbə qazanmısınız. Komandanı oyunlara necə motivasiya edirsiniz?- Hər oyundan əvvəl onları matça konsentrasiya edirik. Əksəriyyəti ilk dəfə ölkəmizdə çıxış edir. Onlar öz adlarına, imiclərinə uyğun oyun nümayiş etdirməlidirlər. Çox şadam ki, futbolçular məni sonadək dərk edir, başa düşürlər. Bu çox vacib amildir. Vahid komandayıq. Rəqibdən asılı olmayaraq, biz qələbə üçün oynayırıq. Müdafiəyə qapanmırıq, açıq futbola üstünlük veririk. Bizdə yaxşı hücumçular var və onların potensialından istifadə etməyə çalışırıq. Bir faktı da qeyd edim ki, ikinci “altılıq”da rahat yendiyimiz komandalarla əsas mərhələdə qarşılaşan zaman çoxlu xallar itirdik. Əsas mərhələ zamanı indi ilk “altılıq”da yer alan komandalarla oyunlarda 14, ikinci “altılıq” komandaları ilə dueldə isə cəmi 15 xal toplamışdıq. İndi ikinci “altılıq”da yer alan komandalarla oyunlarda 29 xal toplamışıq. Hələ bir oyunumuz da var. Bu nəticələri əsas mərhələdə əldə etmiş olsaydıq, indi avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqdıq. Olan-olub, keçən keçib.- Mövsümün əvvəlində seleksiya üçün xeyli sayda futbolçu dəvət etmişdiniz. Necə düşünürsünüz, istədiyiniz heyəti qura bilmisinizmi?- Seleksiya işinə fərqli yanaşırıq. Çoxları bunu düzgün başa düşmür. Mən Rusiyadakı təcrübəmə əsaslanıb belə etdim. Əsas komandanın hazırlığından öncə bir həftəlik seleksiya toplanışı keçirdik. Bütün oyunçulara özlərini göstərmələri üçün şərait yaratdıq. Əvəzedici komandaya da oyunçu seçdik. Aralarından Elman Taqayev, Ruslan Zubkov, Nildo kimi oyunçuları bu toplanış zamanı seçdik. Əsas heyət toplanışa başlayanda seçimdən uğurla çıxanlar da bizə qoşuldular. Hər dəfə hazırlığa yeni oyunçu gəlib-gedəndə iş sistemi pozulur. Ona görə də seleksiyanı əvvəlcə elədik.- Yeri gəlmişkən, Zubkova şans verməməyiniz nədə irəli gəlir?- Tək Zubkov yox, Tural Nərimanov da yaxşı təsir bağışlayır. Bizim həmin mövqedə 4-5 futbolçumuz var. Bu rəqabətdən irəli gəlir.- Mövsümün sonu yaxınlaşır. Yəqin ki, kimlərlə vidalaşacağınız dəqiqləşib?- Desəm ki, xeyr, səmimi olmaram. Özüm üçün aydınlaşdırmışam. Bunu klub prezidenti ilə görüşümüzdən sonra açıqlaya bilərəm. Müqaviləsi başa çatan futbolçularımız var. Kimlərlə davam edəcəyiksə, yeni anlaşma imzalamalıyıq.- Hədəflər böyüdüyünə görə, güclü futbolçulara ehtiyac olacaqmı?- Əlbəttə, indi bizə dəstək daha vacibdir. Gücümüzə güc qatacaq futbolçuları transfer edəcəyik.- Bəs Premyer Liqanı ümumi olaraq necə dəyərləndirirsiniz?- Təcrübəmə əsaslanıb deyə bilərəm ki, cari mövsümü çox maraqlı və gərgin keçdi.- Sizin üçün çempionatın gözlənilməz hadisəsi və tapıntısı kim oldu?- “Xəzər Lənkəran” kimi komandanın ilk “altılıq”dan kənarda qalması gözlənilməz oldu. Bu da onu göstərir ki, bütün komandalar güclənir, çempionatımız rəqabətə davamlıdır. Tapıntısına gəldikdə, Cavid Tağıyev yeni simada parıldadı. Çox istedadlı futbolçudur. Sevinirəm ki, o, bizim komandadadır.- Amil Ağacanovun “Rəvan”la oyunda meydanı özbaşına tərk etməsi nədən irəli gəlirdi?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
15:46 21.08.2026
Gənclik parkına yaxın hazır binada mənzillər alıcıların diqqətində
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?