O, yanıq xəsarətləri ilə Quba şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Q.Əhmədovanın oğlu Şair Əhmədov 2 gün əvvəl ürək tutumasından vəfat edib. Ana isə həmin vaxtdan özündə deyilmiş. O, yaxınlarına oğlunun yanına getmək istədiyini bildirirmiş. Bu gün səhər saatlarında ailə üzvlərinin gözündən yayınaraq özünə od vurub. Nəvəsinin müdaxiləsi nəticəsində yanğın söndürülüb.
Onu da əlavə edək ki, Ş.Əhmədov Aşağı Xuc kənd icra nümayəndəliyinin əməkdaşı olub.