İlkin məlumatda hadisənin intihar olduğu qeyd edilsə də, Nəsimi rayon Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin səbəbləri məlum olub. Məlum olub ki, ölən şəxs həmin binada yaşamır. Onun üstündə şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Həmin şəxs binanın 5-ci mərtəbəsinə hamam üçün nəzərdə tutulan şaxtadan qalxıb. Oradan isə ani ehtiyatsızlıqdan yerə yıxılıb. Mərhumun binadakı mənzillərdən birinə oğurluğa girmək niyyətində olduğu bildirilir. Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır./// bizimyol.az