Abşeron rayonu, Xırdalan şəhərində "OBA” marketdən oğurluq olub. Həmin marketin müdiri Şaiq Salehova məxsus pul kisəsi oğurlanıb. Pul kisəsində 1000 manata yaxın pul olub. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. ///Report