Prezidenti Suriya xalqına "ABŞ sizin yanınızdadır" deyə müraciət edib
ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşar Əsadı istefaya çağırıb. "BMT Təhlükəsizlik Şurası Əsad hökumətinin Suriyadakı amansız qəddarlığına qarşı çıxmalıdır" deyən Obama Xums və Xamada dünən gecə 250-dən çox insanın öldürülməsini qorxunc hücum kimi dəyərləndirib. ABŞ prezidenti "Əsad təcili istefa verməli və demokratik keçidə izin verməlidir" deyib. "ABŞ yanınızdadır, Əsad rejiminə son qoyulmalıdır" deyə Suriya xalqına müraciət edən Obama "Atasının suriyalı qadın, uşaq və kişidən ibarət on minlərlə insanı qətlə yetirdiyi Xamada 30 il sonra Bəşar Əsad insan həyatını və qürurunu bənzər şəkildə heçə sayıb" deyə sözlərini davam etdirib.