Obama evində qonaqlarını belə əyləndirdi - VİDEO

Obama evində qonaqlarını belə əyləndirdi - VİDEO
Bütün Xəbərlər
14:00 22.02.2012
2280

ABŞ prezidenti Ağ evdə konsertdə mahnıdan bir parça ifadə edib

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Ağ evdə təşkil olunan konsertin sonunda ətrafdakıların xahişi ilə blyuz mahnısından bir parça ifa edib. Obamaya "Sweet Home Chicago" adlı klassik byuz kompozisiyasını ifa etməkdə əfsanəvi "Rolling Stones" qrupunun lideri Mik Caqqer də kömək edib. Ağ evdə afro-amerika tarixinə həsr olunmuş ay çərçivəsində təşkil edilən konsertdə Obama zarafatla deyib ki, hər ürəyi istəyəndə "Rolling Stone" qrupunun konsertinə gedə bilmədiyi üçün musiqiçiləri Ağ evdə görməyinə şaddır.
OXŞAR XƏBƏRLƏR