Obama İrandan əl çəkmir

Obama İrandan əl çəkmir
Bütün Xəbərlər
16:07 25.01.2012
1660
Amerika Birləşmiş Ştatları İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün bütün tədbirlərdən istifadə etməyə hazırdır. Bunu ABŞ prezidenti Barak Obama Konqesdə "Ölkədə vəziyyətlə bağlı" adlı ənənəvi müraciətində deyib. "Bizim vətəndaşlarımız, dostlarımız və maraqlarımız üçün təhlükə törədənlərə qarşı duraraq Amerikanın təhlükəsizliyini qoruyacağıq. İrana nəzər yetirin. Siyasətimiz sayəsində bir vaxtlar İranın nüvə proqramının öhdəsindən gəlməkdə fikir ayrılığı yaşayan dünya ictimaiyyəti indi bir vahid qüvvədir. İran rejimi əvvəlkindən daha çox təcrid olunub. Onun liderləri artmaqda olan sanksiyalarla üzləşib, onlar öz öhdəliklərini yerinə yetirməyincə bu təzyiq azaldılmayacaq. Şübhə olmasın ki, Amerika İranın nüvə silahı yaratmasının qarşısını almaqda qərarlıdır və bu məqsədə çatmaq üçün heç bir tədbiri gündəmdən götürməyəcək" - deyə, ABŞ prezidenti bildirib. Barak Obama həmçinin qeyd edib ki, məsələnin dinc yolla həlli hələ də mümkündür.
OXŞAR XƏBƏRLƏR