Obama müsalmanları təbrik etdi

DÜNYA
12:49 21.07.2012
1549
ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edibPublika.Az-ın məlumatına görə, müsəlmanlara ünvanlandığı məktubunda Obama belə deyib: “Amerika xalqı adından, Ramazan ayının başlanğıcında həyat yoldaşım Mişel və mən amerikalı və dünya müsəlmanlarına ən xoş arzularımı göndərirəm.”Yaxın Şərq və Şimali Afrikada yaşayan xalqların demokratiyaya keçidi və öz gələcəklərini təyin etmələri baxımından bu il Ramazan ayının xüsusi önəm daşıdığını söyləyən Obama, “Amerika öz taleyini müəyyənləşdirməyə çalışan, qorxu və şiddətdən uzaq bir şəkildə yaşamaq və ibadətlərini azad şəkildə yerinə yetirmək istəyənlərin yanındadır. Ramazan ayı hər kəsə ortaq insanlığımızı, bütün böyük inancların ədalət, bərabərlik və mərhəmətə bağlı olduğunu xatırladır” deyib.

OXŞAR XƏBƏRLƏR