«Bu tələblər danışıq predmeti deyil. Əgər Qəzzafi onlara tabe olmasa, qətnamə hərbi əməliyyatlarla həyata keçiriləcək», deyə ABŞ prezidenti xüsusi bəyanatında vurğulayıb.
«Atəşkəs dərhal konkret əməllərdə özünü göstərməlidir... Qəzzafi rejimi zorakılığa son qoymalı, Benqaziyə hücumu dayandırmalıdır...», deyə ABŞ lideri bildirib.
O müdafiə naziri Robert Geytsə vəziyyətin xoşagəlməz ssenariylə inkişafına hazır olmağı tapşırdığı barədə məlumat verib.