ABŞ-ın Denver ştatında 2012-ci ilin prezident seçkiləri üçün namizədlər arasında ilk teledebat keçirilib. Debatda gözlənildiyi kimi demokrat Barak Obama və respublikaçı Mir Romni arasında əsas müzakirə predmeti ölkədaxili iqtisadiyyat olub. Mit Romni çıxışında prezident seçiləcəyi təqdirdə vergiləri azaltmağı, müdafiə büdcəsini artırmağı vəd edib. Obama isə belə vədlərin mümkünsüzlüyündən danışıb.Bəs iki namizəd arasında ilk debatın qalibi kim olub,ebatın nəticələri ilə bağlı müşahidəçilərin rəyi necədir?ANS TV-nin müxbiri Sevinc Osmanqızı 90 dəqiqəlik bu debatda əsasən ölkədə səhiyyə, vergi sistemi, hökümətin rolu kimi daxili məsələlər müzakirə olunduğunu bildirib. "Heç bir xarici siyasət məsələsinə toxunulmadı. Bu məsələlərin müzakirəsi isə növbəti debatlarda gözlənilir. Müşahidəçilərin fikirincə debatın qalibi prezident Obama deyil, Mit Romni oldu. Ona görə ki, o özünə əmin şəkildə çıxış edirdi. Dediklərində faktlar daha çox idi. Obamanın çıxışını isə professor çıxışına bənzədirdilər. Çünki, onun debata kifayət qədər yaxşı hazırlaşmaması hiss olunurdu".