Obama yenə "soyqırım" demədi
AZXEBER.COM-un “trtazerbaycan”a istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama ermənilərin 1915-ci il hadisələrini anma günü kimi seçdiyi 24 aprel açıqlamasında yenə "soyqırım" ifadəsini işlətməyib.
ABŞ prezidenti keçən il olduğu kimi yenə də çıxışında "böyük fəlakət" mənasına gələn "Meds Yeghern" sözünü işlədib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Obamanın açıqlamasıyla bağlı suala cavab olaraq "Gün olaraq 23 aprellə 24 aprel arasında bizim üçün bir fərq yoxdur. 24 aprelə bu qədər əhəmiyyət yükləməyiniz doğru deyil. Sabah da 25 apreldir, mübarək olsun".