Obamadan Milli Şuraya ciddi dəstək var

Obamadan Milli Şuraya ciddi dəstək var
Bütün Xəbərlər
14:41 24.06.2013
1048

Elşən Musayev2 gündür müxalif mətbuatın manşetində maraqlı bir xəbər elanı durmadan bərq vurmaqdadır:

“Mili Şura Amerikaya gedir”.Elə də tirajlayırlar, elə də bəh-vəhlə, cəh-cəhlə təqdim edirlər ki...Nə deyim, maşallah olsun! Sağ-salamat. Bəlkə də tam yerində verilmiş qərardır. Haralarasa çıxmaq lazım, havanı, suyu dəyişmək lazım. Burda çox gərgin işləyib, ölkənin daxili siyasətini böyrü üstə qoydular zatən.Əməllicə əldən düşüblər. Tutarlı bir istirahətə ehtiyac var. Həm, İbrahimbəyov da ortalarda tək qalıb. O turne sənin, bu turnik mənim-gəzməkdən, hərlənməkdən yorulub. Estafet bir az da başqalarına keçsin. Ortalıq yeni-yeni mövzulara şahidlik etsin.Hətta mən əminəm ki, həmin o haqqında danışılan Amerika səfəri ən azından Şuranın növbəti sessiyasında çox ciddi polemikalara yol açacaq: Məsələn siyasi kamikadzelər ard-arda söz alıb ”səfərə gedən “lider”lərin oturduğu təyyarənin arxasınsa suyu kim atsın?-kimi maraqlı fikir duellərinə çıxacaqlar. Ya da buna bənzər şeylər.Axırda da məlum olacaq ki, bunun üçün də vahid namizəd təyin etmək lazımdır. Hətta deyim, suyu atacaq adamın nə qədər əli yüngül olub-olmaması da rahat bir şəkildə növbəti sessiyanın müzakirə pridmetinə çevrilə bilər. Niyə də olmasın? Guya ortalıqda baş sındırdıqları mövzular bu söylədiyimdən dahamı ciddidir?Hə...bir də unutmasınlar, Amerika çox böyük bir məkandır. Buna adekvat olaraq, görüş dəvəti göndərən şəxs bənna da, çilingər də, paltar yuran maşının təmiri ilə məşğul olan usta da, heykəltəraş da, hətta canım sizə desin lap işıqfor radarına nəzarət edən müfəttiş də ola bilər.Odur ki, getmədən qeyd etdiyim nüansa xüsusi diqqət yetirsələr pis olmaz. Ayrıca, bir ehtimalı da nəzərə alsınlar ki, təşkilatçı rejissordur. Baxarsan, bir eşalon komanda adama yenicə çəkilişinə başladığı filmə hansısa epizodu çəkmək üçün gərəkdir...Hərçənd bizim siyasətimizdə epizodik rollar oynamaq üçün “sino”gedənlər yetərincədir zatən!***Gəlmir O.Eynən Rəsul Quliyev kimi “gizlənqaç”oynayır. Gəlməyəcək də! Mayın sonu Bakıda olacağına vəd verən biri, artıq müddəti avqusta qədər ustaca dövr etməyi bacarıb. Və...bu qorxaqlıqla, bu “cəsarət”lə Prezidentim olmaq iddiasındadır!Əksinə hələ özünün kənarlarda Azərbaycan əleyhinə düzənlədiyi “oyun”lar, apardığı anti-təbliğat azmış kimi olub-qalanları da xarici bazalığa sürükləyir. Ölkənin taleyini hansısa “beynəlxalq makler”in otağında, cibində həll etməyə çalışır. Əvəz Temirxan kimi “dahi”siyasətçilərə “təyyarədə uşacaqsan, axır ki sən də Amerikanı görəcəksən”-havasını atıb, adamları sevincək edib, yuxusunu ərşə çəkir...Fikrimə qahmar çıxanlar, ən çox bu haqqda danışsınlar lütfən. Arqumentlərini doyasıca dinləmək həvəsindəyəm. Anlatsınlar öz “lider”lərının füsunkar tablosunu, “skayp”qəhrəmanının sərgüzəştlərini! İzah etsinlər 74 yaşında anidən demokrat olacaq birinin ölkəyə qayıtmama səbəbini.Qardaşı belə imtina etmişin, “İlham Əliyevə səs verəcəm”söyləmişin sərgilədiyi yayğın, köntöy ambisiyanın nəyə, ələlxüsus da hansı məntiqə söykəndiyini! Amerikada, Avropada, Türkiyədə Azərbaycanın milli maraqları ilə bağlı hansı bazar, hansı zavod, hansı fabrik açılıb, ya da açılır - ünvanını, yerini agah eləsinlər.Bəlkə bizim də alacağımız bir şeylər olar...***QHT sektorunda çalşan dostlarımız Vaşinqtondan dünən gəlib. Deyirlər, getdikləri restoranın birində inzibatçının soyadı Obama imiş. Dərhal ünvanı aldım. Müxalifət nümayəndələrinə təqdim edə bilərəm. Gedib görüşsünlər, ardıncada növbəti anonsu versinlər ki “Obamadan Milli Şuraya ciddi dəstək var”2003-də Las-Veqasda şəkil çəkdirdikləri aşpazı Departament nümayəndəsi olaraq təqdim etdikləri kimi...

OXŞAR XƏBƏRLƏR