"Çocuklar Duyamsın"ın Haluku: "Nənəm Gəncədəndir, qohumlarımız buna görə..."

"Çocuklar Duyamsın"ın Haluku: "Nənəm Gəncədəndir, qohumlarımız buna görə..."
MAQAZİN
14:39 31.10.2016
1265

 

Türkiyəli məşhur aktyor Tamer Karadağlı ARB TV-nin "Türk şou-maqazin" verilişinə eksklüziv açıqlamalar verib.

Sevilən aktyor yeni çəkiləcəyi serial haqda danışıb:

"Yeni serial üzərində işləyirik. Sərt polis rolunda olacam. Həm sərtlik var, həm də sevgi. 1-2 aya da çəkilişlərə start verəcəyik. Mən də indidən fiziki olaraq o rola hazırlaşıram, saqqalımı da ona görə uzatmışam. İnşallah, yaxşı olacaq". 

Tamer Karadağlı ailəsinin Azərbaycanla əlaqələrindən söz açıb:
"Mənim nənəm və babam azərbaycanlıdırlar. Onlar Azərbaycandan Türkiyəyə gəliblər. Nənəm Gəncədəndir. Azərbaycanla bağlı hər şey mənim üçün çox vacibdir, çünki atalarımın torpağıdır. Azərbaycanda da çəkildiyim serialların sevildiyini görmək çox xoşdur. Oradan kimsə gələndə çox sevinirəm".

Türkiyəli aktyor Azərbaycana gəlmək istədiyini də açıqlayıb:
"Mənim əmimin oğlu 3 il Bakıda yaşadı. Amma mən Azərbaycana heç gedə bilmədim. Ən yaxın zamanda sizin ölkəyə gələcəm. Qohumlarım arasında Azərbaycan adını hissə-hissə daşıyan var. Qohumumun birinin adı Azər, birinin Baycan, birinin də Arazdır".

Tamer Karadağlı bildirib ki, Azərbaycan yeməklərindən başqa yemək yemir: 
"Azərbaycan yeməkləri ilə böyümüşəm. Azəri yeməkləri bir başqadır. Mənim anam azərbaycanlı deyil, amma 50 il o ailənin içində olduğu üçün bütün yeməkləri bişirməyi öyrənib. Sırf yemək üçün olsa belə, Azərbaycana gələcəm. Qohumlarım sizin kanalları izləyirlər, türkləri yox. Azərbaycan ləhcəsi ilə danışırlar. Mən də vərdiş olaraq "Çocuklar duymasın" serialında bəzi səhnələrdə Azərbaycan dilində danışmışam".

Aktyor daha sonra "Arzu qızım" mahnısını da oxuyub. 

Tanınmış aktyor ailəsi ilə bağlı da açıqlama verib:
"Arzu mənim keçmiş həyat yoldaşımın adıdır həm də. 10 ildir ayrılmışıq. Amma görüşürük, çünki bir qızımız var. Onlar indi Ankarada yaşayırlar. Qızım Konservatoriyada dərslərə başlayıb. Qolumda qızımın adının döyməsi var, Zeyno yazdırmışam. Əslində, döymə sevən biri deyildim. 40 yaşımdan sonra döymə vurdurdum. İstədim ki, qızımın adı həmişə mənimlə olsun". (ARB)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA