Odessada 'Xaricdə təmsilçiliyin yeni üsulları və xüsusiyyətləri' müzakirə olundu - FOTOLAR

GƏNCLİK
18:52 22.05.2013
4940

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessada keçirilən 3-cü Ümumukrayna Forumunun ilk paneli “Xaricdə təmsilçiliyin yeni üsulları və xüsusiyyətləri” mövzusunda təşkil olunub.Millət vəkili Ceyhun Osmanlının moderatorluq etdiyi paneldə Milli Məclisinin üzvü Qənirə Paşayeva, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Nemət Nağdəliyev və “Odlar Yurdu” təşkilatının sədri, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun idarə heyətinin üzvü İlham Nağıyev iştirak ediblər. Panel interaktiv formada – tələbələrin suallarına cavab şəklində qurulub. Tələbələr əsasən xaricdə təmsilçiliyin hansı yeni və səmərəli formalarının olması, Azərbaycanı, onun tarixi reallıqlarını, iqtisadi, sosial, mədəni inkişafını necə tanıtmağın yolları ilə bağlı suallar veriblər. Millət vəkili Ceyhun Osmanlı bildirib: “Bəzən kimlərsə deyir ki, “Mən Vətən uğrunda ölməyə hazıram”. Amma Vətən üçün tək ölmək kifayət deyil. Vətən fayda vermək, vətən üçün layiqli yaşamaq və xidmət etmək lazımdır. Vətən üçün, onun günbəgün inkişafı, onun insanlarının rifahı naminə ciddi çalışmaq, mübarizə aparmaq, əldə olan imkanlardan maksimum yararlanmaq lazımdır”. Deputat qeyd edib ki, xaricdə təhsil alan və yaşayan hər bir gənc ayrı-ayrılıqda bir səfirdir. Çünki elə ölkələr var ki, orda Azərbaycanın rəsmi diplomatik nümayəndəliyi yoxdur, amma tələbələri var. Bu tələbələrin hər biri öz ətrafında-oxuduğu, yaşadığı yerdə, dostları arasında, təhsil aldığı ali məktəbdə və s. Azərbaycan adını yüksək tutmalı, ölkəmizin təbliği və sevilməsi məqsədilə, həllində beynəlxalq dəstəyə ehtiyacı olan problemlərimizi, xüsusilə Dağlıq Qarabağ münaqişəsi reallıqlarını yaşadıqları ölkənin cəmiyyətinin verdiyi imkanlar çərçivəsində tanıqmaq üçün durmadan fəallıq göstərməlidir. Millət vəkili Qənirə Paşayeva da Ceyhun Osmanlının fikrini bölüşərək deyib: “Bəzi ölkələrdə tələbələr mənə yaxınlaşıb deyirlər ki, biz axı təklikdə ne edə bilərik? Mən həmişə deyirəm ki, hər kəs təklikdə öz ərtafında Azərbaycan naminə təbliğat işlərinə başlasa və hər kəsin fərd olaraq bu işdə əldə edəcəyi kiçik bir uğur nəticədə böyük bir uğur demək olacaq.”

Panelin digər qonaqlarları da tələbələrin suallarına cavab veriblər.

OXŞAR XƏBƏRLƏR