“Odnoklassniki”də ölümlə nəticələnən tanışlıq... - FOTOLAR

“Odnoklassniki”də ölümlə nəticələnən tanışlıq... - FOTOLAR
KRİMİNAL
18:44 27.11.2015
9006

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Elnur Hümbətovun (1986-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Bu il mayın 5-nə keçən gecə Səbail rayonunun R.Rza küçəsindəki 4 saylı evin 46№i mənzilində Elnur Hümbətov qısqanclıq zəminində İlahə Ağayevaya (1989-cu il təv.) bıçaqla üzək nahiyyəsindən xəsarətlər yetirərək, onu qətlə yetirib. Həmin gün şübhəli şəxs Səbail RPİ 39-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Dindirmə zamanıElnur Hümbətov ifadəsində İlahə ilə "Odnoklassniki" sosial şəbəkəsində tanış olduğunu bildirib. Bir müddətdən sonra onların münasibətləri virtual aləmdən real həyata keçib. Görüş zamanı Elnur öyrənib ki, İlahə ona qədər başqa oğlanlarla da görüşüb, lakin bundan sonra yalnız onunla görüşəcəyinə söz verib.Günlərin birində Ağayeva ona iş tapdığını və bununla bağlı həmin adamla görüşməli olduğunu deyib. Görüş günü Elnur qıza zəng edərkən İlahə, hazırda vaxtı olmadığını və onunla özü əlaqə saxlayacağını bildirib.

Bu müddət ərzində Elnur bir neçə dəfə zəng vursa da, İlahə zənglərə cavab verməyib, sonra isə o qıza mesaj yazaraq evlərinə gəldiyini deyib. İlahə isə cavabında işi qurtaran kimi, ona zəng vuracağını yazıb. Bu yazışmadan sonra Elnur İlahəgilin həyətinə gələrək qızı gözləyib. Xeyli sonra Ağayeva həyətə görüşdüyü şəxsin maşını ilə gəlib. Elnur onu qarşılayıb və onlar birlikdə mənzilə qalxıblar. Söhbət əsnasında İlahə Elnura deyib ki, 15 gün restoranda işləyəcək, qalan 15 günü isə iş sahibinin evində qalacaq. Bu şərtləri eşidən Hümbətov Ağayeva ilə mübahisə etməyə başlayıb. O, mətbəxdə olan məişət-təsərrüfat təyinatlı bıçağı götürərək qıza çoxsaylı zərbələr endirib və sonra mənzili tərk edib. İlahə Ağayeva kəskin qanitirmədən dünyasını dəyişib.Məhkəmə prosesində E.Hümbətov ittiham üzrə özünü təqsirli hesab edib.Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir