Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş

Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
SOSİAL
19:56 27.11.2025
242
Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən "Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.

"Lake Hotel”in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq hotelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.

Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5,75 metr olan təkərli isgələdən istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5,53 metr olan 35 kV-luq yüksək gərginlikli hava xətti keçməsinin nəzərə alınmaması olub.

Belə ki, təkərli isgələ daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri elektrik vurub.

 


Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.

Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.

Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus "Friland Vineyards” şərab zavodu yerləşib.

O da bəlli olub ki, 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına  şərab istehsal edən "Mərəndə” MMC təsis edib, 2017-ci ildə isə  "Friland Vineyards” həmin müəssisəni alıb. 2022-ci ildə "Mərəndə” MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.

Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.

Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də  onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.

Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
14:16 03.03.2026
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi