Oksana: "ANS-in Elşadla olan çoxdankı şəxsi münaqişələrinə görə məni “vurmaq” istəyirlər"

Oksana: "ANS-in Elşadla olan çoxdankı şəxsi münaqişələrinə görə məni “vurmaq” istəyirlər"
ŞOU-BİZNES
11:09 18.07.2011
1468

Oksana xanım, son baş verənlər sizdə Azərbaycan jurnalistikası haqqında hansı təəssürat yaratdı?

- Hamını demək düzgün olmaz, amma bəzi jurnalistlər var ki, tez-tez öz iş yerlərini dəyişərək, nəinki keçmiş şirkətinə qarşı, hətta müəyyən mövzulara qarşı da qərəzli mövqedən çıxış edirlər. Axtarsan, heç jurnalist də deyillər! Ixtisasları Allah bilir nədir!

Sizcə jurnalistikanın verdiyi imkanlar insanları təhqir etməyə əsas verirmi? Siz jurnalist olsaydınız bu məsələdə necə mövqe tutardınız?

- Onlar elə bilirlər ki, kiminsə iftirasını , qisasını işıqlandıraraq məsuliyyəti öz üzərlərindən atmış olurlar. Ancaq birtərəfli, araşdırılmamış məlumatı efirə vermək – bu ən böyük qeyri-peşəkarlıqdır!!!

Hər gün bu ölkədə neçə-neçə tanınmış evlənir, boşanır, bu qədər səs-küyə səbəb olmur. Bu gün efirdə, mətbuat səhifələrində sizin boşanmanızdan vacib məsələlərə niyə yer ayrılmır?

- Məni də o təəccübləndirir ki, mühüm, siyasi, vacib xəbərlərdən sonra mənim həyatım haqqında danışırlar. Bu ya onların reytinq qazanmaq naminə olunur, ya da, ANS-in Elşadla olan çoxdankı şəxsi münaqişələrinə görə məni “vurmaq” istəyirlər.

Sizə qarşı baş verənlərlə bağlı məhkəməyə müraciət etmək istəyinizi ifadə etmişdiniz. Sizcə ictimai fikir bu baş verənlərə necə münasibət bəsləyir? Qonşular, qohumlar sizi dəstəkləyirmi?

- Sözsüz ki, nəinki məni şəxsən tanıyanlar, hətta məni ancaq ekranda görənlər məni dəstəkləyir. Bircə səhvim o oldu ki, vaxtında özüm her şeyi açıqlamadım. Bunun səbəblərini artıq bilirsiz! Məhkəməyə isə kanalı yox, “ərimi” verecem. “Qərəzsiz, dəqiq, vicdanlı” devizi ile çalışan kanalın qərəzli və vicdandan kənar çıxış etməsi üçün ən yaxşı məhkəmə ele xalq özüdür!

Azərbaycan telekanallarını, Azərbaycan mətbuatını necə, hansı səviyyədə görmək istərdiniz?

- Bizim arzularımızla onsuz da heç nə düzəlmir! Əyləncəli kanalın öz yeri, informasiya kanalının öz yeri olmalıdır. Bunları qarışdırmaq olmaz.

22 İyul Milli Mətbuat günüdür. Bu bayram ərəfəsində jurnalistlərə ürək sözlərinizi bilmək istərdik.

- Jurnalistlər sırasında çoxlu dostlarımız olmağına baxmayaraq, onlar həmişə mənim haqqımda ədalətli yazıblar. Mən heç vaxt tənqiddən qorxan olmamışam. Sadəcə belə qeyri-peşəkar jurnalistlər sifarişlə iş görürlərsə bu jurnalistikaya ləkədir!!! Mən bütün jurnalistləri ürəkdən təbrik edirəm və hər kəsə xoşbəxt olmağı arzulayıram! /// yenilik.az

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək