Bakıda səfərdə olan Xorvatiya prezidenti İvo Yosipoviçin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Milli Məclisdə spiker Oqtay Əsədovla görüşüb. Səfərinin əsas məqsədinin iqtisadi əlaqələri inkişaf etdirmək olduğunu deyən Xorvatiya prezidenti bildirib ki, Azərbaycanla Xorvatiya arasında 2011-ci ildə ticarət dövriyyəsi 355 milyon dollar təşkil edib.Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, iki ölkə arasında əlaqələri hərtərəfli inkişaf etdirmək üçün hüquqi baza mövcuddur və indiyə qədər Xorvatiya ilə Azərbaycan arasında 11 sənəd imzalanıb.