Oktyabrın 20-də qaz kəsiləcək -Bu ərazilərdə

Oktyabrın 20-də qaz kəsiləcək -Bu ərazilərdə
SOSİAL
15:11 18.10.2025
358
Lənkəran rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Ələt–Astara–İran İslam Respublikası Dövlət sərhədi (M3) avtomobil yolu üzərində yerləşən iki ədəd körpünün yenidən qurulması ilə bağlı olaraq, yolun 197-ci kilometrində Girdəni çayı üzərində tikiləcək yeni körpünün inşası məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Göyşaban və Ürgə kəndləri, həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində ümumilikdə 1550 abonentin qaz təchizatının 20 oktyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qurumdan əlavə olunub ki, qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.
OXŞAR XƏBƏRLƏR