Oktyabrın 22-dək ölkədə yağntılı hava şəraiti hökm sürəcək - XƏBƏRDARLIQ

Oktyabrın 22-dək ölkədə yağntılı hava şəraiti hökm sürəcək - XƏBƏRDARLIQ
SOSİAL
15:33 19.10.2025
162
Oktyabrın 20-si axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR