Oktyabrın 6-da hava necə olacaq?

Oktyabrın 6-da hava necə olacaq?
Bütün Xəbərlər
01:05 06.10.2012
1086
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Temperaturun gecə 16-19, gündüz 26-30 dərəcə isti, Bakıda gecə 16-18 dərəcə, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 11-16, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Temperaturun gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.Temperaturun gecə 14-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Gün ərzində hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
OXŞAR XƏBƏRLƏR