Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın ilk günü hava necə olacaq?
Bütün Xəbərlər
07:33 01.10.2012
1309
Azərbaycanda oktyabrın ilk günü mülayim isti hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 17-20, gündüz 25-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnozlara əsasən, oktyabrın 2-dək Abşeron yarımadasında davam edən nisbətən sabit və mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
OXŞAR XƏBƏRLƏR