Oktyabrın son günü ölkədə hava necə olacaq?

Oktyabrın son günü ölkədə hava necə olacaq?
Bütün Xəbərlər
14:05 30.10.2012
1019
Oktyabrın 31-də respulika ərazisində havanın temperaturunda mühüm dəyişiklik olmasa da, respublikanın əsasən şimal və şərq rayonlarında hava şəraitinin tutqun olacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir.Oktyabrın son günü Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR