Oğlan hamilə sevgilisinə zorla kimyəvi maddə içirdi - Uşağı öldürmək üçün

Oğlan hamilə sevgilisinə zorla kimyəvi maddə içirdi - Uşağı öldürmək üçün
DÜNYA
15:27 12.06.2019
5818
Sevgilisinin arzuolunmaz hamiləliyini anormal üsullarla sonlandırmaq istəyən oğlan həbs olunub.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yaşayan 22 yaşlı Harief Pearson 17 yaşlı sevgilisini abort etməyə məcbur edib.

Qız rədd etdikdə isə oğlan ona işgəncə vermək qərarına gəlib. Google-da "arzuolunmaz hamiləlikdən necə qurtulmaq olar?", "uşaq nə vaxt düşür?" kimi suallar yazıb axtarış edən Harief əmisi uşaqlarından kömək istəyib.

Onlar qızı zorla evlərinə gətirib, döyüb, qarnını təpikləyib, dırnaqlarını çıxarıb, yaralarının üzərinə spirtli içki töküb, ağzını açıb, boğazından aşağı kimyəvi maddə töküblər.

Onlar qızı şüurunu itirənə qədər döydükdən sonra yol kənarına atıblar.

Xoşbəxtlikdən uşağa nəsə olmayıb. O, sağlam şəkildə dünyaya gəlib.
OXŞAR XƏBƏRLƏR