Olimpiadada ilk biabırçılıq

SOSİAL
11:08 06.08.2016
2020
Braziliyada təşkil edilən Olimpiya Oyunlarında mübarizə aparacaq mərakeşli boksçu Hassan Saada saxlanılıb.
22 yaşlı boksçunun çərşənbə günü Olimpiya kəndində çalışan iki qadına seksual xarakterli hərəkətlər etdiyi iddia olunur.
Qadınların şikayətinə əsasən, bu gün səhər saatlarında polislər tərəfindən saxlanılan Saadanın istintaq bitənə qədər 15 gün həbsxanada qalacağı bildirilib.
Qeyd edək ki, Hassan Saada sabah türk boksçu Mehmet Nadir Ünal ilə qarşılaşacaqdı.
///musavat.com
OXŞAR XƏBƏRLƏR