"Olimpiakos"un futbolçusu evinin qarşısında döyüldü

"Olimpiakos"un futbolçusu evinin qarşısında döyüldü
İDMAN
19:32 15.01.2022
308
Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Ruben Semedu evinin qarşısında hücuma məruz qalıb.

3 naməlum şəxs 28 yaşlı müdafiəçiyə hücum edib.

Portuqaliya oyunçu dostu ilə birlikdə dəyənəklə döyülüb. Həmin şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Semedu və dostu xəstəxanaya aparılıb.

Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Ruben Semedu 2019-cu ildən "Olimpiakos"da çıxış edir.
 
\Report
OXŞAR XƏBƏRLƏR