Yunan-roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Fərid Mansurov öz postundan istefa verib. Onun istefasına səbəb bəzi güləşçilərimizin Türkiyənin İstanbul şəhərində keçirilən sonuncu dünya çempionatında zəif çıxışı səbəb olub.
Qeyd edək ki, DÇ-də Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq) və Rafiq Hüseynovdan çox şey gözlənilsə də, onlar nə London olimpiadasına lisenziya, nə də medal qazana bildilər.
Mansurov istefası ilə bağlı bunları dilə gətirib: “Daha çox ona görə istefa verirəm ki, bəzi güləşçilərimiz onlara bəslənilən inamı doğrulda bilmədilər. Amma mən yenə də bu idman növündə qalıram və güləşin inkişafı üçün əlimdən gələni edəcəm”.
Xatırladaq ki, Mansurov yığmamızın sükanı arxasına ötən ilin yayında gəlmişdi. Onun rəhbərliyi altında yığmamız DÇ-də iki, AÇ-də isə bir qızıl medal qazanıb.