Olimpiya Festivalında türkiyəli basketbolçu travma aldı

İDMAN
10:35 23.07.2019
2047
Ötən gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müraciətlərin 5-i kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerindəcə yardım ediblər.

18 yaşlı türkiyəli basketbolçu qız isə sol diz oynağının travması ilə müraciət edib.

O, təcili tibbi yardım briqadası tərəfindən yardım aldıqdan sonra Kliniki Tibbi Mərkəzə aparılıb. Basketbolçu qıza yardım edildikdən sonra evə buraxılıb.

Hazırda onun vəziyyəti normaldır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet