Olimpiya halqaları Temza çayına endirildi

Olimpiya halqaları Temza çayına endirildi
Bütün Xəbərlər
11:25 29.02.2012
1638
Londonda Yay Olimpiya Oyunlarına 150 gün qalır
Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək 2012-ci il Yay Olimpiya Oyunlarına bir neçə ay qalıb. Olimpiadaya az vaxtın qalması bir-birindən rəngarəng festival və tədbirlərlə qeyd edilir. Dünən olimpiadaya 150 günün qalması münasibətilə nəhəng Olimpiya halqaları Temza çayının üzərinə yerləşdirilib. 5 qitəni simvolizə edən halqalar Yay Olimpiya Oyunlarının keçirildiyi müddət ərzində Temza çayının üzərində qalacaq. Halqaların hündürlüyü 11, eni isə 25 metr təşkil edir.Olimpiya halqalarının çaya endirilməsi mərasiminin açılışını London meri Boris Conson edib. Çıxış edən "Royal Opera House" rəsmisi isə Olimpiada zamanı Temza çayının üzərində "üzən opera" təşkil ediləcəyini bildirib.anspress
OXŞAR XƏBƏRLƏR