Oliqarxların Londondakı malikanələrinə “səyahət” başladı

Oliqarxların Londondakı malikanələrinə “səyahət” başladı
DÜNYA
14:28 03.03.2016
1838
Londonda antikorrupsiya fəalları və araşdırmaçı jurnalistlər bəzi keçmiş sovet respublikalarından olan oliqarxların malikanələrinə “Kleptokratik tur” adlı (kleptokratiya-oğruların hakimiyyəti deməkdir) ifşaedici səyahətə başlayıblar.
Fəallar bununla Britaniya hökumətinin korrupsionerlərin Londonu çirkli pulların yuyulması məkanına çevirməsinə etiraz edirlər.
Aksiyanın təşkilatçılarından biri, maliyyəçi və antikorrupsiya fəalı Roman Borisoviç “The Guardian” qəzeti üçün yazdığı məqalədə bildirib ki, həvəskar ekskursiyaçılar “Kleptokatik tur”a bilet almaq üçün toplaşıblar. “Lakin bizim əsl məqsədimiz supervarlıların həyat tərzi haqda təsəvvürlər yaratmaq deyil. Turun məqsədi Rusiya, Ukrayna və Qazaxıstan kimi keçmiş sovet respublikalarından olan milyarderlərə şübhəli pullarla Londonda daşınmaz əmlak almağa necə şərait yaratdıqlarını və onlara bizim paytaxtımızda özlərini bu cür sərbəst hiss etmələrinə imkan yaratdıqlarını ifşa etməkdir”-məqalədə deyilir.
Müəllif yazır ki, Londonda sahibi xarici vətəndaşlar olan 35 mindən çox daşınmaz əmlak obyekti var. Lakin heç kim bilmir ki, onların sahibi kimdir və hansı pulların hesabına alınıb. “Bizim bələdçilərimiz-tanınmış araşdırmaçı jurnalistlər və çirkli pulların yuyulması problemi üzrə ekspertlər bu malikanələrin ən dəbdəbəli olanlar izah edəcəklər ki, həmin əmlakın alınmasında bankirlər, hüquqşünaslar, agentlər qismində bələdçilər hansı rolu oynayırlar. Və onlar danışacaqlar ki, çirkli pullar Londonun daşınmaz əmlak bazarını necə başına götürüb”-Roman Borisoviç yazır.
Müəllif qeyd edir ki, oliqarxların malikanələrinə ekskursiya onların məcburən əl atdıqları addımdır. Çünki hökumət daşınmaz əmlak bazarında keçmiş sovet respublikalarından olan korrupsionerlərin çirkli pullarının yuyulmasına qarşı heç bir tədbir görmür və daş sükutu nümayiş etdirir. Bununla belə ötən il Borisoviçin “Chanel 4” telekanalı ilə nümayiş etdirilən “Rusiyadan pullarla” adlı sənədli filmindən sonra parlament kleptokratların daşınmaz əmlak vasitəsilə çirkli pulları yumasına qarşı qanunvericiliyə düzəlişlər edib. Qanuna görə həmin mülklərin sahibləri onların çirkli pullarla alınmadığını sübut edə bilməsələr mülkiyyət hüququndan məhrum ediləcəklər.
“Beləliklə, bizim “Kleptokratik tur” kimi layihələrimizin məqsədi Londonu offşor daşınmaz əmlak zonasından təmizləmək prosesini başlatmaqdır”-məqalədə deyilir. (virtualaz.org)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək