Ollandın sevgilisinin ermənisinə məhəbbəti

Ollandın sevgilisinin ermənisinə məhəbbəti
Bütün Xəbərlər
16:16 11.10.2012
1045
Adətən kişilər sevdikləri qadınların mənsub olduqları milliyyətləri də sevirlər, yəni bu, psixolqlar üçün, həm də bizim bədnam qoşularımız üçün elə də bir yenilik deyil. Qonşularımız adətən ən gözəl erməni qızlarını dünyanın sözükeçən millətlərinin perspektivli gənсlərinə sırımağı dövlət siyasətinə çeviriblər. Ona görə də Anqola prezidenti Duş Santuşdan tutmuş məşhur dissident Saxarova qədər dünyada sözü keçən çox adamın yaxşı halda həyat yoldaşı, normalda isə məşuqəsi erməni olub.Amma Fransa prezidenti Fransua Ollandın əhvalatı psixoloqları da, elə erməniləri də heyrətə salıb. Olland sevgilisinin oynaşı olmuş şəxsin millətinə, yəni ermənilərə böyük sevgi nümayiş etdirməkdədir.ANS PRESS-in nüfuzlu qərb nəşrlərinə - “The Telegraph”a və “The Daily Mail”ə istinadən yazdığına görə, əhvalat 2000-сi illərin əvvəllərində dünyanın ən dramatik melodram romanlarındakı kimi cərəyan edib. İndi Fransanın nikahsız birinci xanımı rolunu oynayan Valeri Trirveyler o vaxt reportyor imiş. 35 yaşlı qadın evli olsa da Turgenevin məşhur “Sırtıq qızın qeydləri” povestinin qəhramanı kimi Fransa siyasətinin həm sağ, həm də sol düşərgəsindən özünə sevgililər təşkil edibmiş. Sosialist düşərgəsindən o, sevgili kimi özündən 11 yaş böyük Fransua Ollandı seçir, sağçı düşərgədən isə nəzərlərini özündən 21 yaş böyük, erməni əsilli nazir Patrik Devecyana yönəldir.Hər iki nəşrdə bu barədə məqalə yazmış müəlliflər tam əmindirlər ki, onlar qadını birgə paylaşdıqlarını bilirmişlər. Devecyan evli imiş, Fransua Olland isə sosialistlərin liderlərində biri, Fransa prezidentliyinə namizədlikdə Sarkozinin rəqibi Seqolen Ruayalla vətəndaş nikahında yaşayırmış və Seqolen Fransuadan dörd uşaq da doğubmuş. Eyni qadını paylaşdıqlarından, əslində Fransua Ollandla Patrik Devecyan bir-birlərinə nifrət etməli idilər və əksər müşahidəçilər bu sevgi üçbucağının sonunun siyasətçilər arasında böyük savaşla bitəcəyini düşünürmüş. Amma belə olmayıb və məsələni Valeri Trirveyler özü həll edib. 2003-cü ildə qadın Devecyanın qarşısında şərt qoyur ki, münasibətlərinin davam etməsi üçün o, arvadından ayrılmalıdır. Patrik Devecyan isə bu şərtlə razılaşmayıb - o, 1969-cu ildən evli olduğu və ona dörd uşaq doğmuş qadınından ayrılmaq istəmədiyini söyləyib.
OXŞAR XƏBƏRLƏR