Oğlu ölən ata intihara cəhd etdi

Oğlu ölən ata intihara cəhd etdi
Bütün Xəbərlər
11:13 22.08.2012
1244
Sabirabad sakini özünə qəsd edib. Sabirabad rayon polis şöbəsindən APA-ya verilən məlumata görə, Sabirabad rayonunun Minbaşı kənd sakini, 1945-ci il təvəllüdlü Ramiz Balası oğlu Orucov özünü həyətlərindəki ağacdan asaraq intihara cəhd edib. Ailə üzvlərinin və qonşuların köməyi nəticəsində Ramiz Orucov xilas edilib.O, komatoz vəziyyətdə, boğulma diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.Qeyd edək ki, xəstənin həmkəndliləri bildirirlər ki, bir neçə il əvvəl Ramiz Orucovun oğlu eyni ağacdan özünü asaraq intihar edib. Elə atanın da intihara cəhdinə bu hadisədən yaranmış psixoloji durum və ailədə yaşanan söz-söhbət səbəb olub.
OXŞAR XƏBƏRLƏR