Oğlu şikəst olan ananın fəryadı: "Bizimlə maraqlanan yoxdur"

Oğlu şikəst olan ananın fəryadı: "Bizimlə maraqlanan yoxdur"
SOSİAL
11:10 02.10.2017
1382

Bu ilin martında Salyanda baş vermiş dəhşətli qəza nəticəsində əlil olan 35 yaşlı Elçin Dadaşovun anası mətbuata müraciət edib.

Paytaxt sakini Rəhilə Dadaşova 3 nəfərin ölümü, daha 2 nəfərin isə ağır yaralanmasına səbəb olan yol polisi əməkdaşlarının cəzalandırılmaması və onun övladının taleyinə biganə qalmasından narazıdır. 

O bildirib ki, martın 27-də saat 13:53-də Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol polisi əməkdaşları Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarov idarəetməni itirərək qarşı yola çıxıb və hərəkətdə olan 90-GR-539 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər sağ qalıb: "Həmin qəzada möcüzə nəticəsində sağ qalanlardan biri mənim oğlum, 1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşovdur. Hadisədən dərhal sonra oğlum xəstəxanaya çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatları keçirilib, həyati orqanları olan böyrəyi, dalağı çıxarılıb. Oğlum ciddi kəllə-beyin travması keçirdiyindən fiziki sağlamlığını itirib, ömürlük şikəst olub. Artıq 3 aydan çoxdur ki, faktla bağlı açılan cinayət işi DYPİ-nin müstəntiqi tərəfindən aparılsa da, nəticə yoxdur. Hadisəni törədən şəxslər rahatlıqla azadlıqda gəzir, pullarının gücünə hərəkət edərək bizim ailənin dərdinə biganə yanaşırlar. Onsuz da mənim yeganə  oğlumun həyatda qalması bir möcüzədir. Lakin onun gənc yaşında sağlamlığını itirərək şikəst qalması və buna da hadisəni törədən Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarovun biganə yanaşmaları bizi çox qəzəbləndirir. Çünki biz övladımın həyatda qalması üçün 11000 ABŞ dollarından çox pul vəsaiti sərf etmişik. Həmin pulu isə müxtəlif yerlərdən borc olaraq götürmüşük. Bizə övladımın müalicəsi üçün heç bir köməklik göstərilməyib, halbuki bu qəzanın səbəkarları birbaşa DYP əməkdaşları Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarovdur. Onlar yolda düzgün hərəkət qaydası seçməyib, bu qədər insanın ölümünə və yaralanmasına səbəb olmuşlar. Biz hesab edirik ki, belə şəxslər öz əməllərinə görə cəzalanmalıdırlar. Çünki bizlər daxili sabitliyimizi polislərə etibar etmişik, onlar isə insanlara öz hərəkətləri ilə nümunə olmaq əvəzinə, yolda düzgün manevr etmir, hərəkət iştirakçılarına mane olur, qəza törədir, nəticədə neçə ailənin çırağı sönür, mənim kimi analar isə bala dağı çəkirlər”.

R.Dadaşova əlavə edib ki, məsələ ilə əlaqədar bütün hüquq-mühafizə orqanlarına, dövlət məmurlarına rəsmi şəkildə müraciətlər ediblər: "Bu günə kimi ailəmizə heç bir təzminat ödənilmir, övladım aldığı xəsarətlərin ağrısı ilə gözümüz önündə əzablar çəkir. Bunun bir ana üçün nə dərəcədə dəhşətli bir fakt olması yəqin ki, hər kəsə aydındır”.

///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı