“Oğlum Fransa rəsmiləri tərəfindən terror münasibəti ilə üzləşib”

“Oğlum Fransa rəsmiləri tərəfindən terror münasibəti ilə üzləşib”
DÜNYA
17:58 25.02.2024
184
"Nazione” hərəkatı Korsikada yaxın zamanlarda yaradılıb. Yaranmasından iki gün sonra mənim oğlum, hərəkatın fəallarından olan Anto Simoni Fransa polisi tərəfindən çox kobud şəkildə həbs edildi. Onun iki azyaşlı uşağı var və bu hadisə uşaqların gözləri qarşısında baş verib. Oğlum adi bir maliyyəçidir, o, maliyyə məsələləri üzrə ekspertdir və ətrafında, xüsusilə gənclər arasında çox böyük nüfuza sahibdir. Oğluma, eyni zamanda, hərəkat daxilində də ciddi hörmət göstərilir. Elə bu səbəbdən də o, Fransa rəsmiləri tərəfindən bir növ terror münasibəti ilə üzləşib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Korsika "Nazione” hərəkatının koordinasiya bürosunun üzvü Alan Antuan Simoni bildirib.

Oğlunun Fransa polisi tərəfindən saxlanılma anları haqqında danışan Simoni deyib: "Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb. Halbuki o özü qapını açmağa etiraz etməyib. Bunun ardından oğlumu yerə yatıran polis əməkdaşları onun qollarını qandallayaraq başına silah dayayıb və bütün bunlar beş yaşlı nəvəmin gözləri qarşısında baş verib. Uşaq ağlı ilə atasını azad etmək istəyən körpəyə cavab olaraq isə uşaq kənara atılıb və onun bütün oyuncaqları sındırılıb. Hadisə ilə bağlı Korsikada baş verə biləcək etirazlar nəzərə alınaraq oğlum dərhal Parisə aparılıb. Düzdür, bəzi etiraz aksiyaları da oldu. Hadisədən təxminən üç həftə sonra oğlum nəzarətdən buraxıldı. Lakin onun Korsikaya, ailəsinin yanına qayıtmasına qadağa qoyulub. Məntiqlə düşünsək həbsdən buraxılan bir insan haqqında hansısa ittihamın olmadığını və onun səbəbsiz yerə belə münasibətə məruz qaldığını anlamaq elə də çətin deyil.”

"Bəli, dünyada bəlkə də milyonlarla insan bu cür hadisələrlə üzləşib, lakin özünü insan haqları ölkəsi bəyan edən Fransada bu cür münasibətin göstərilməsi sadəcə dəhşətverici hadisədir”, -deyə müsahib bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
Gədəbəydə meşə yanıb
19:49 15.03.2025
Gədəbəydə meşə yanıb