“Oğluma dedim ki, əsir düşsən özünü öldür” – Şəhid anasından ürək dağlayan SÖZLƏR – VİDEO

“Oğluma dedim ki, əsir düşsən özünü öldür” – Şəhid anasından ürək dağlayan SÖZLƏR – VİDEO
SOSİAL
13:23 16.05.2022
306
ATV-nın "Bizimləsən” proqramının növbəti buraxılışında Şəhid Cəfərov Araz Səmədağa oğlunun anası, həyat yoldaşı və bacısı iştirak edib.

AZXEBER.COM xəbər verir ki, həyat yoldaşı Arazdan danışarkən, çox mehriban ailə başçısı olduğunu vurğulayıb:

"Böyüklə böyük, kiçiklə kiçik idi. Hər zaman ailə işlərində mənə yardım edib. Birlikdə yeməklər hazırlayırdıq. Döyüşdə olduğu müddətdə getdikcə söhbətlərimiz azalırdı”.

Şəhidimizin anası isə, oğlu döyüşə gedən zaman yalnız bir tapşırıq verdiyini bildirib:

"Hərbiyə işləməyi özü istəyib. Hərbi paltarını elə sevirdi ki, onunla yatırdı. Bir gün dedi ki, ana, bizə gəl, mən cəbhəyə gedəcəm. Dedi ki, ev, uşaqlar sənə əmanət gedirəm mən. Hər gün telefonla danışırdıq. Bir gün çox narahat oldum. Dedim ki, Allah, Araz sağ da gəlsə, şəhid də gəlsə ona qurban kəsəcəm. Axşam yuxuda gördüm ki, məni çağırır. Gördüm ki, ağaca başını qoyub yatıb. Necə şəhid olubsa o formada da gördüm. Dedim ki, Araz burda niyə yatmısan, döyüşməyə gəlmisən sən. Evdən çıxanda nə söz vermişdin? Evdən çıxanda ona demişdim ki, əsir düşmə. Əsir düşsən özünü vur. Dedi ki, ana yorulmuşam, yuxum gəlir. Dedi ki, ana mənə lay-lay çal. Sən demə həmin gün şəhid olub”.

Qeyd edək ki, Laçının, Qubadlının, Zəngilanın azadlığı uğrunda və Vətən uğrunda medalı ilə təltif olunan şəhid Cəfərov Araz, Vətən müharibəsi zamanı noyabrın 4-ü Laçında yaralı döyüş yoldaşını xilas edərkən şəhid olub.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb
21:47 15.03.2026
Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazanıb