Oğlun ilk qazancı

Oğlun ilk qazancı
KÖŞƏ
11:01 30.05.2012
2113
Seymur VerdizadəMühasib əlindəki bir dəstə pulu ona uzadanda, İlqar gözlərinə inanmadı. Bu, onun ilk maaşı idi. Bir ayda 450 manat qazanacağını heç vaxt ağlına gətirməmişdi...
Yazılarını təhvil verdiyi üçün işdən bir az tez çıxdı. Sevincinin həddi-hüdudu yox idi. Tez-tez əlini əlini cibinə salıb nəsə axtarır, hər dəfə barmağının ucu ilə kağız pullara toxunanda, rahat nəfəs alırdı. Birbaşa evlərinə getmək istəsə də, anasının sözlərini xatırlayıb, fikrindən daşındı: “Maaşının siftəsinə bir kiloqram şokolad alarsan”.Redaksiyanın yaxınlığındakı iri marketlərdən birinə daxil olub, şirniyyat satılan şöbənin qarşısında dayandı. Burda hər qiymətə şkolad vardı. 10 manat verib 1 kiloqram şokolad aldı. Marketdən çıxanda aldığı şkoladın dadına baxmaq istəsə də, son anda fikrindən daşındı. Qərara aldı ki, şokoladın dadına evdə valideynləri ilə birlikdə baxsın.Liftləri işləmədiyi üçün 6-cı mərtəbəyə piyada qalxdı. Qapı açıq olduğundan zəngi basıb, xəstə atasını narahat etməyə ehtiyac qalmadı. Üstündə türk müğənnisi Sibel Canın şəkli olan salafan torbanı yeləyə-yelləyə qonaq otağına keçdi. Atası həmişəki kimi divanda uzanıb, gözlərini tavana zilləmişdi. Səlim kişi oğlunun ayaq səslərini eşidəndə, nəzərlərini tavandan ayırıb, ona tuşladı. Adətinə uyğun olaraq, əyilib atasının yanağından öpdü. Sonra isə cibindəki 440 manatı çıxarıb, onun ovcuna basdı. Pulları görəndə, kişinin gözlərinə işıq gəldi. Dərhal mətbəxdə yemək hazırlayan arvadını səslədi: “Ay Səfurə, uşaq işdən gəlib, ona bir stəkan çay ver”.Bir neçə saniyə sonra anası qonaq otağının qapısında göründü. Səfurə xanım masanın üstündəki şkoladı və həyat yoldaşının əlindəki pulları görəndə, bu gün İlqarın maaş aldığını başa düşdü. Oğlunu özünə tərəf çəkib bərk-bərk öpəndən sonra belə dedi: “Allah qazancını bol eləsin!”Onun səsinə həyat yoldaşı səs verdi: “Amin!”Səlim kişi xanımının kövrəldiyini görüb, zarafat etmək istədi: “Ay qız, pul əlimi yandırdı, apar boğçana qoy”. Sonra isə maraqla onlara tamaşa edən oğluna göz vurub, belə dedi: “Bu evin binəsi qoyulandan komandir anan olub”.“Komandir” əsgər cəldliyi ilə pulu alıb, öz otağına keçdi.Süfrə arxasında əyləşəndə, Səfurə xanım oğlunun maaşını necə xərcləyəcəyi barədə ailə üzvlərinə izahat verdi: “İlqarın maaşından 150 manat Sarvanın toyu üçün ayırdım. Bacım oğlu olduğu üçün demirəm, onlar həmişə bizim məclislərdə ürəklə iştirak ediblər”.Səlim kişi başı ilə həyat yoldaşının dediklərini təsdiqlədi. Səfurə xanım üzünü oğluna tutb dedi: “Toya yazılan pul itmir. Elə bil ki, borc vermişik. İnşallah, sənin toyunda xalan artıqlaması ilə əvəzini çıxacaq”.Səfurə xanım mətbəxə keçib, çayını təzələyəndən sonra söhbətinə qaldığı yerdən davam elədi: “Ayın 16-da Hamlet əminin yubileyidir. Hamlet bizim ailəyə qarşə həmişə yaxşı olub. Dədən iki ildir yataq xəstəsidir, elə ay olmayıb ki, Hamlet onun yastığının altına pul qoymasın”.İlqar anasının sözünə qüvvət verdi: “Tələbə vaxtı mənə də çox kömək edib”.İlqarın bu sözləri anasının ürəyincə oldu. Səfurə xanım oğlunun aldığı şkoladdan birini soyub, tələsmədən çayını işdi. Səlim kişinin gözləri arvadının üzündə qalmışdı. Həyat yoldaşının xasiyyətinə yaxşı bələd olan qadın onu çox intizarda qoymadı: “Gələn bazar Əbil oğluna toy eləyir. Amma bizdən heç kim getməyəcək. İndiyə kimi iki toylarına getmişik. Verdiklərimizi İlqarın toyunda qaytarsalar, dədəmizin də bəsidir”. Həyat yoldaşı sözlərini tamamlayanda, Səlim kişi rahat nəfəs aldı.İlqar televizoru yandırmaq istəyəndə, Səfurə xanım ona mane oldu. Oğlan başa düşdü ki, anası hələ sözünün hamısını deyib qurtarmayıb. Səfurə xanım bu dəfə üzünü Səlim kişiyə çevirdi: “Sabah direktorumuz əməliyyat olunacaq. Sahib müəllim pis adam deyil. Sən xəstəxanada yatanda mənə çox güzəşt edib. İlqarın pulundan 50 manat da ona ayırmışam. Palataya köçəndə gedib yastığının altına qoyacam”.İlqar televiziyada xəbərlərə baxmaq istəyrdi. İndi onun bircə arzusu vardı: kaş, anası yerdə qalan 140 manatı da tez bölüb qurtaraydı. Deyəsən, qadın oğlunun ürəyindən keçənləri hiss etdi: “Sabah banka gedib, televizorun kreditini ödəyəcəm. İnşallah, gələn ay qurtarır”. İlqar ötən il aldıqları televizor üçün hər ay 50 manat ödədiklərini indi xatırladı...Səfurə xanım mətbəxə keçib özünə daha bir stəkan çay süzəndən sonra ərinə dedi: “Bu gün-sabah Şəbişin qızının 1 yaşı tamam olacaq. Hələ onu görməmişəm. İlqarın pulundan 50 manat götürüb, sabah Aydanı görməyə gedəcəm”. Aydan Səlim kişinin bacısı nəvəsi olduğu üçün bu xəbər onu çox sevindirdi.Səfurə xanım fincandakı çaydan bir qurtum içib, söhbətinə davam elədi: “Birinci gün Mərdan kişinin “qırx” mərasimi olacaq. İlqar, 20 manat verəcəm, atanın adından siyahıya yazdırarsan. Rəhmətlik yaxşı adam idi”. Ata ilə oğul bir ağızdan dilləndilər: “Allah rəhmət eləsin!”İlqar televizorun pultunu götürəndə, anası xalatının cibindəki 20 manatı çıxarıb, oğlunun ovcuna basdı: “Məndə qalan pul budur. Qorxma, iki gün sonra atanın pensiyasını alanda, sənə xərclik verəcəm”.İlqar pulu köynəyinin döş cibinə qoyub, televizoru yandırdı. Bu vaxt onun mobil telefonuna zəng gəldi. Əmisi oğlu Ehtiram onunla şəhərə çıxmaq istəyirdi. İlqar dərhal razılaşdı: “Beş dəqiqə sonra blokun qabağında olacam”.Ehtiramın adını eşidəndə Səfurə xanım dedi: “Uşaq təzə maşın alıb, şirinlik vermədən onun maşınına minmək olmaz”. Sonra isə nəsə xatırlayıb, oğluna dedi: “Səndə qalan 20 manatı Ehtiramın maşınına şirinlik verərsən”.İlqar ayaqqabısını geyinib evdən çıxanda, anası yenə onu səslədi: “A bala, pulu qabaq oturacağın üstünə qoy ki, Ehtiram görsün...”İlqar həyətə düşəndən sonra anası üstündə türk müğənnisi Sibel Canın şəkli olan salafan torbanı götürüb, qonşulara şkolad paylamağa getdi...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb