ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb

ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
SOSİAL
19:53 19.04.2026
985
18–19 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadasının final mərhələsi təşkil olunub.

Final turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, biologiya, coğrafiya və tarix olmaqla altı fənn üzrə keçirilib. Olimpiadada yuxarı yaş qrupu üzrə (10–11-ci siniflər) 672, aşağı yaş qrupu üzrə isə (8–9-cu siniflər) 901 şagird iştirak edib. Beləliklə, altı fənn üzrə ümumilikdə 1573 nəfər şagird final mərhələsində biliklərini sınayıb.

Final mərhələsinin ilk günündə 5 fənn üzrə yarışlar təşkil olunub. Biologiya və fizika fənləri üzrə iştirakçılar yalnız nəzəri biliklərini deyil, eyni zamanda praktiki bacarıqlarını da nümayiş etdirmək imkanı əldə ediblər.

19 aprel tarixində isə riyaziyyat və fizika fənləri üzrə mərhələlər davam etdirilib. Riyaziyyat fənni üzrə yarış beynəlxalq olimpiada formatına uyğun olaraq iki gün ərzində keçirilib.
Fizika fənni üzrə isə şagirdlər nəzəri və praktiki turlarda iştirak edərək öz hazırlıq səviyyələrini nümayiş etdiriblər.

Beləliklə, iki gün davam edən final mərhələsi ADNSU-da uğurla yekunlaşıb.

İlkin qiymətləndirmə başa çatdıqdan sonra iştirakçılar nəticələri ilə tanış ola, daha sonra isə koordinasiya prosesində iştirak edə bilərlər.

Qeyd edək ki, Respublika Fənn Olimpiadasının belə geniş miqyasda və çoxsaylı iştirakçı ilə final mərhələsinin ölkədə ilk dəfə məhz ADNSU-da keçirilib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb