Hələlik tam olaraq intihar səbəbinin nə olduğu bilinməyən gəncin özünü sevdiyi qıza görə öldürdüyü deyilir. İntihara səbəb kimi irəli sürülən versiyalardan birinin də mərhumun ailə vəziyyəti ilə əlaqədar olduğu deyilir.
Məlumata görə, intihar edən N.Abbasovun atası Rövşən Abbasov Xəzər Universitetində Coğrafiya departamentinin rəhbəridir. Dəhşətlisi isə ondan ibarətdir ki, mərhumun atası hazırda xarici ölkələrin birində səfərdədir. Onun oğlunun ölümündən hələ də məlumatı olmadığı bildirilir.
Qeyd edək ki, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinin sakini, ali məktəb tələbəsi olan Nuru Abbasov yaşadığı evdə özünü asıb. İlkin ehtimala görə, intiharın səbəbi Nurunun sevdiyi qız olub. Onun sosial şəbəkədə axırıncı statusunun “S`ON” olduğu bildirilir. Sevdiyi qıza görə (qızın baş hərfinin “s” olduğu güman edilir) özünü öldürən gəncin intiharının dəqiq səbəbi hələlik məlum deyil. (axar.az)

