Oman Sultanı Qazaxıstana dövlət səfəri edəcək

Oman Sultanı Qazaxıstana dövlət səfəri edəcək
DÜNYA
15:46 04.10.2026
208
Oman Sultanı Heytəm bin Tariq Al Səid oktyabrın 5-6-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya dövlət səfəri edəcək.

AZXEBER.COM "Akorda”ya istinadən xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır.

Danışıqlar zamanı siyasi dialoqun möhkəmləndirilməsi, ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin mədəni-humanitar əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Kasım-Jomart Tokayev və Heytəm bin Tariq Al Səid, həmçinin Qazaxıstan-Oman biznes forumunda iştirak edəcəklər.
OXŞAR XƏBƏRLƏR