Ombudsman aparatının sektor müdiri şəhid övladını həbs etdirdi

Ombudsman aparatının sektor müdiri şəhid övladını həbs etdirdi
Bütün Xəbərlər
17:45 28.01.2015
769
Bu gün Nizami rayon Məhkəməsinin hakimi Ramil Həsənov Şuşadan məcburi köçkün, Qarabağ döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğlu Samir Gəraylının həbs edilməsi ilə bağlı hökm verib
Bu barədə redaksiyamıza daxil olan məlumata görə, hakim Ombudsman Aparatının sektor müdiri, keçmiş hərbi prokuror Fəzail Həsənovun şikayəti əsasında belə sərt qərar verib:
"Bir neçə ay əvvəl Samir Gəraylı Nizami rayonunda ehtiyatsızlıqdan qəza törədib. Qəzada Fəzail Həsənovun idarə etdiyi "Nissan" markalı maşınla toqquşma olub. Bundan əlavə, bir maşın da zədələnib. Həmçinin bir neçə ay öncə Fəzail Həsənovun göstərişi ilə Yasamal rayon polis idarəsinin yüksək rütbəli işçisi Samir Gəraylını yanına çağıraraq "ona hədə qorxu gələrək” sektor müdirinin istədiyi pulu təcili verməsini tələb edib. Ombudsman Aparatının əməkdaşı hətta bu hadisədən sonra Samir Gəraylını 2 sutka qanunsuz həbs də etdirib. Nizami rayon Polis İdarəsinin təqdimatı ilə barəsində 2 aylıq həbs qəti-imkan tədbirinin seçilməsi isə elə bugünkü hökmü verən Ramil Həsənov tərəfindən təmin olunmayıb.
Amma hakim bu dəfə nə Samirin ailə durumuna, nə şəhid övladı, nə də məcburi köçkün və şəhid ailəsi olmalarına rəğmən hələ də evsiz, yəni kirayələrdə yaşamalarına, maddi durumlarının ağır olmasına da məhəl qoymayaraq, ekspertizadan alınan saxta rəyə əsaslanaraq, sərt hökm verib. Hökmə görə Samir Gəraylı 1 il 3 ay həbsə məhkum olunmaqla yanaşı, ombudsmanın əməkdaşına 12200 manat zərər + 2 min manat (mənəvi təzminat), digər köhnə maşına görə isə əlavə 2600 manat ödəməlidir. Halbuki, həmin maşınların nə sığortası ödənişi, nə də əziləndən sonra Fəzail Həsənovun maşınını satıb qazanc əldə etməsi faktı hökmdə nəzərə alınmayıb. Bununla yanaşı, ümumiyyətlə dəyən zərərin o qədər olmasının faktiki mümkün olmamasını nəzərə almadan, hakim keçmiş hərbi prokuror olduğu deyilən Fəzail Həsənovun hansı yolla və necə aldığı bizə məlum olmayan saxta rəy və iddialarına qanuni don geyindirməkdən çəkinməyib. Bundan əlavə, hakim hökmü verərkən, ombudsman aparatının əməkdaşına 6 min dollar ödənilməsi və dəyən zərərin hissə-hissə ödənilməsi kimi xoş niyyətləri də nəzərə almayıb. O, sadəcə aparat əməkdaşınn diqtəsindən kənara çxa bilmədi".
Məhkəmə prosesində Fəzail Həsənov Samir Gəraylının daha ağır cəza verilməsi ilə bağlı vəsadət qaldırsa da, prokuror sektor müdirinin istəyinin mümkünsüz olduğunu bildirib.
Samir Gəraylının yaxınları bildirir ki, hökmdən apellyasiya şikayəti veriləcək. Eyni zamanda, Prezident İlham Əliyevin qəbuluna gedəcəklər:
"Samirin atası şəhid olub, bacısı bir neçə ildir ailəsinin min bir əziyyəti borc xərci ilə Azərbaycandan kənarda müalicə olunur. Evi, torpağı düşmən tapdağı altındadır. Şəhid ailəsi və evsiz olmalarına baxmayaraq, 21 ildir evlə də təmin olunmayıblar. Bununla bağlı nə Şuşa şəhər İcra Hakimiyyəti, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illərdir edilən müraciətlərə də məhəl qoymayıblar. İndisə Nizami Rayon Məhkəməsinin hakimi Ramil Həsənov Fəzail Həsənovla birləşərək, ailəni daha ağır şərtlərlə cəzalandırıblar. Bu hökm şəhid Sabir Gəraylının ailəsinin kökünü qurutmaqdan başqa bir şey deyil”.
pia.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq